Nərimanov rayonunda “Gimnastika hamı üçün” tədbiri təşkil olunub
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ABAD məhəllədə “Gimnastika hamı üçün” tədbiri keçirilib. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, bədii gimnastika üzrə yığma komandanın məşqçisi Siyasət Əmiraslanova, Bakı Gimnastika Məktəbinin xoreoqrafı Naima Cəfərli, akrobatika üzrə respublika çempionu Zəminə Həsənova və idmansevərlər iştirak ediblər.

Tədbirdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim olunub.

Bütün yaş kateqoriyasından olan insanlar, o cümlədən "888 Boxing Club"un idmançıları proqrama qoşularaq, gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetiriblər.

Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında gimnastikanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

Xəbər 428 dəfə oxundu.