Azərbaycanın U-18 komandası Avropa çempionatına qələbə ilə başlayıb
On səkkiz yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına qələbə ilə başlayıb.

San-Marinoda təşkil olunan Avropa çempionatının C divizionunda mübarizə aparan millimiz B qrupunda ilk görüşünə çıxıb. Lüksemburq seçməsi ilə qarşılaşan yığmamız oyundan 75:71 hesablı qələbə ilə ayrılıb.

Millimiz qrupda növbəti oyununu iyulun 26-da Cəbəllütariq komandasına qarşı keçirəcək.

Xəbər 382 dəfə oxundu.