“Neftçi” – “Aris” oyununun biletləri satışa çıxarılıb
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) – “Aris” (Limassol, Kipr) oyununun biletləri “Bakcell Arena”nın kassalarında satışa çıxarılıb.

Biletlərin qiyməti 2, 5 və 10 manat təşkil edir.

Biletlərin onlayn satışı isə “Iticket.az”da davam edir. Biletləri onlayn əldə etmək istəyənlər aşağıdakı keçidə daxil ola bilərlər: https://iticket.az/events/sport/neftci-pfk-aris-limassol.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlayacaq.

Xəbər 300 dəfə oxundu.