"Bakı" qələbəni qoruya bilmədi
Bu gün Azərbaycan Premyer Liqasında V turun oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Mövsümə yaxşı başlamayan paytaxtın "Bakı" klubu doğma meydanında "Turan"ı qəbul edib.

Hesabında cəmi 5 xalı olan "zolaqlılar" bu görüşün aşkar favoriti hesab olunublar. Matçın gedişi də bunu deməyə əsas verıb. Lakin "Bakı" üstünlüyünü qoruya bilməyib və komandalar görüşdən 1 xalla ayrılıblar - 1:1.
Qeyd edək ki, V turun qalan görüşləri sabah və biri gün keçiriləcək.

Premyer Liqa. V tur
14 sentyabr (cümə)

20:00. “Bakı” – “Turan” - 1:1
Qol: İbrahim Karqbo, 38 (1:0), Ender Günlü, 48 (1:1)
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Akif Məmmədov
“Bakı”-nın təlim-məşq bazasının stadionu.

15 sentyabr (şənbə)

17:00.“Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, İlham Əliyev, Fuad Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

17:00. “Kəpəz” - “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Səfər Haşımov
Gəncə şəhər stadionu.

18:00. “İnter” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Şəfa” stadionu.

19:00. “Rəvan” – “Simurq”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Ramiz Əsədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Bayıl Arena stadionu.

16 sentyabr (bazar)

18:30. AzAL – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
AzAL Arena stadionu.

Xəbər 1069 dəfə oxundu.