“Qarabağ”ın İsveçrəyə səfər proqramı açıqlanıb | |
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrənin “Sürix” komandası ilə üz-üzə gələcək Ağdamın “Qarabağ” klubunun səfər proqramı açıqlanıb. Ağdam təmsilçisi iyulun 25-də İsveçrəyə yollanacaq. Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək. İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq. Qeyd edək ki, iyulun 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. |
|
Xəbər 356 dəfə oxundu. |
|
|