“Turan Tovuz” komandası yoxlama oyununda Gürcüstanın “Merani” klubuna qalib gəlib
Gürcüstan təlim-məşq toplanışında olan “Turan Tovuz” futbol klubu ilk yoxlama oyununu keçirib.

Baş məşqçi Ayxan Abbasov yetirmələri yerli “Merani” (Tbilisi) komandası ilə qarşılaşıb.

Görüş Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Turan Tovuz”un heyətində İmeda Aşortiya və Ayxan Hüseynov fərqlənib, daha bir qolu isə rəqib futbolçu öz qapılarından keçirib.

“Turan Tovuz” Gürcüstandakı toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. İyulun 27-də Tbilisi “Dinamo”su ilə qarşılaşacaq komanda ayın 29-da “Qaqra” ilə üz-üzə gələcək.

Xəbər 348 dəfə oxundu.