“Barselona”dan ayrılan Dani Alveş Meksika klubu ilə müqavilə imzalayıb
İspaniyanın “Barselona” klubundan ayrılan Dani Alveşin Meksika təmsilçisi “Pumas”a keçidi rəsmiləşib.

39 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl "Sevilya", "Yuventus", PSJ, "San Paulo" və "Barselona"da çıxış edib.

Xəbər 295 dəfə oxundu.