Qadın sablyaçılardan ibarət Azərbaycan millisi dünya çempionatında altıncı olub
Qadın sablyaçılardan ibarət Azərbaycan milli komandası Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatında altıncı olub.

Sonuncu yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda Fransa millisi ilə qarşılaşıb. Rəqibinə 25:45 hesabı ilə məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə ABŞ seçmə kollektivinə 45:37 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Almaniya sablyaçılarına (41:45) uduzub.

Komandamız ümumi sıralamada altıncı olub.

Xatırladaq ki, daha əvvəl Anna Başta qadın sablyaçıların fərdi yarışında dünya çempionatının gümüş medalını qazanıb.

Xəbər 409 dəfə oxundu.