“Olimpik” (Lion) klubu “Ayaks”ın müdafiəçisi Nikolas Talyafikonu transfer edib
Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fransa klubu “Ayaks”ın müdafiəçisi Nikolas Talyafikonu transfer edib. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Argentinadan olan sol cinah müdafiəçisi ilə üçillik müqavilə imzalanıb.

“Olimpik” bu transferə görə Niderland klubuna 4,2 milyon avro ödəyib. “Ayaks” onu 2018-ci ilin yanvarında Argentinanın “İndependiente” klubundan 4 milyon avroya transfer etmişdi.

Xəbər 271 dəfə oxundu.