Rio-2016-ya cəmi 4 il qalır: Arenalar
İki böyük idman bayramının dalbadal eyni şəhərdə keçirilməsi məhz iqtisadi baxımdan Braziliyaya böyük xeyir verəcək. İdman.com.az saytının məlumatına görə, «Markes de Sapukay» sambadromu artıq indidən hazır sayıla bilər. 100 ildən sonra olimpiya proqramına qaytarılmış qolf üçün arenanı məşhur «Hans Qolf» dizayn mərkəzi Barra da Tijukanda inşa edəcək. Burada 1,8 milyon kv. m. ərazidə birdən-birə 14 idman növü üçün meydanlar inşa olunacaq. Bunlar tennis kortu, su idmanı stadionu, gimnastika zalı və məşq mərkəzləri adlandırılmış arenalar olacaq. Maliyyələşdirmə dövlət büdcəsi hesabına aparılacaq. Olimpiya oyunları üçün Nelson Pike adına məşhur Formula-1 avtodromu da dağıdılacaq. Güllə atıcılığı, beşnövçülük, atçılıq, qılıncoynatma arenaları, velotrek və bəlkə də hokkey meydanı (bu barədə müzakirələr aparılır) Deodoruda olacaq.

Əlbəttə, məşhur futbolçular oylağı Kopakabana çimərliyi adına uyğun voleybolçuları və açıq su hövzəsi üzrə yarışları, həmçinin marafon və idman yerişini qoynuna alacaq.

Əfsanəvi stadionu olan Marakana yaşayış ərazisində, daha doğrusu, yaxınlıqdakı «Marakanazinyu» və ya «Marakanacıq» arenasında atletlər, voleybolçular, reqbiçilər və oxatanlar mübarizə aparacaqlar.

Rioda Panamerika oyunlarının keçirilməsi artıq olimpiya arenalarının 47 faizinin hazır olmasını təmin edir. Stadionların 28 faizi hələ tikiləcək, 25 faizi isə müvəqqəti xarakter daşıyacağından, onların inşası böyük problem olmayacaq.
20-günlük fəhlə tətili qrafiki pozsa da, hazırda 24-saatlıq iş rejimi ilə bu, aradan qaldırılıb. İşlər isə çoxalmaqdadır. Məsələn, «Marakana» stadionunun damı təhlükəli olduğundan, tam dəyişdiriləcək və bu arenaya çəkiləcək ki,bu da xərclərin 30 faiz artmasına gətirib çıxarıb. 2007-ci il Panamerika Oyunları üçün inşa olunmuş velodrom olimpiya standartlarına uyğun gəlmədiyindən, əsaslı təmir olunmalıdır.

2012-ci il avqustun 1-nə olan məlumata görə, arenaların hazırlığı bu ardıcıllıqla olacaq:

Yeni arenalar
Arena Növ Tutumu Dəyəri (mln. dollar)
«Deodoro» Qılıncoynatma 5,000 46,096
«Su idmanı» Üzgüçülük və sinxron üzmə 18,000 54,564
«BMX Mərkəz» Velo-BMX 7,500 12,289
«Tennis mərkəzi» Tennis 18,250 62,808
Məşq mərkəzi-1-ci zal Basketbol 16,000 56,768
Məşq mərkəzi-2-ci zal Cüdo-taekvondo 10,000 56,998
Məşq mərkəzi-3-cü zal Güləş 10,000 56,694
Məşq mərkəzi-4-cü zal Həndbol 12,000 58,269
«Uaytvotə» stadionu Kanoe slalomu 8,000 30,979
Marapendi qoruğu Qolf
Mövcud arenalar
«Joau Avelanj» stadionu Atletika 60,000 52,478
«Laqoa Rodriqu de Freytaş» Avarçəkmə-kanoe, sprint 14,000 20,591
«Marakana» Futbol 90,000 5,572
«Marakanazinyu» voleybol 12,000 2,737
«Maria Lenk» su idmanı mərkəzi Suyatullanma-vaterpol 6,500 14,844
«Qloria» limanı Yelkən 10,000 22,084
Milli Atçılıq Mərkəzi Atçılıq 14,000 20,343
Milli Atıcılıq mərkəzi Güllə atıcılığı 6,850 7,596
«Rio Olimpiya arenası» Gimnastika 12,000 4,094
«Olimpiya velodromu» Velosiped (trək) 5,000 39,707
«Riosentru»-1-ci pavilyon Boks 9,000 4,848
«Riosentru»-3-cü pavilyon Stolüstü tennis 7,000 6,469
«Riosentru»-4-cü pavilyon Badminton 6,500 6,354
«Sambadrom» Oxatma-marafon 36,000 22,731
Müvəqqəti arenalar
«Kopakabana» stadionu Çimərlik voleybolu 12,000 10,782
Deodoru müasir beşnövçülük parkı Müasir beşnövçülük 20,000 10,362
«Flamenqu Park» İdman yerişi-veloyürüş 5,000 8,827
«Fort Kopakabana» Üzmə marafonu-triatlon 5,000 9,735
«Hokkey mərkəzi» Otüstü hokkey 15,000 12,351
«Mauntinbayk Park» Mauntinbayk 5,000 8,409
«Riosentru»-6-cı pavilyon Ağırlıqqaldırma 6,500 17,980

Xəbər 1231 dəfə oxundu.