Şahmatçımız Məhəmməd Muradlı beynəlxalq turnirin qalibi olub
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İsveçrənin Bill şəhərində təşkil olunan beynəlxalq şahmat festivalının qalibi olub.

Sonuncu turda yarışın iki lideri - həmyerlimiz Məhəmməd Muradlı və FIDE təmsilçisi Kiril Alekseyenko qarşılaşıb. Partiya heç-heçə ilə başa çatıb. Yekunda 7 xal qazanan şahmatçımız əlavə göstəricilərə əsasən, yarışın qalibi adını qazanıb. Rəqibi Kiril Alekseyenko isə ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, festivalda ümumilikdə 114 şahmatçı iştirak edib.

Xəbər 219 dəfə oxundu.