Sadio Mane Afrikanın ən yaxşı futbolçusu seçilib
Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Seneqal milli futbol komandasının forvardı Sadio Mane keçirilən səsvermədə Misir yığmasının hücumçusu Məhəmməd Salah və öz komanda yoldaşı Eduard Mendini geridə qoyaraq Afrikanın ən yaxşı futbolçusu tituluna layiq görülüb.

Mərakeşdə keçirilmiş mərasimdə CAF-ın prezidenti Patrise Motsepe mükafatı Sadio Maneyə təqdim edib. Bundan başqa, Afrika qitəsinin ən yaxşı futbol klubu və məşqçisinin də adları açıqlanıb. Bu mükafatlara Mərakeşin “Vidad Atletik” klubu və Seneqal yığmasının baş məşqçisi Aliu Sisse layiq biliniblər.

Xəbər 173 dəfə oxundu.