Şahmatçımız Məhəmməd Muradlı beynəlxalq turnirdə liderlik edir
İsveçrədə beynəlxalq şahmat festivalında şahmatçımız Məhəmməd Muradlı uğurlu çıxışını davam etdirir.

Sahmatçımız bu gün son turda FIDE təmsilçisi Kiril Alekseyenko ilə mübarizə aparacaq. Qeyd edək ki, Məhəmməd Muradlı 8 turun nəticəsinə görə 6,5 xalla 1-2-ci pillələri bölüşür.

Yarış İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 285 dəfə oxundu.