Kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyununda Belarus yığmasına qalib gəlib
Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Pərviz Səmədovun baş məşqçisi olduğu komanda Belarus seçməsi ilə qarşılaşıb. Görüş Azərbaycan yığmasının 3:2 (19:25, 25:23, 20:25, 25:23, 18:16) hesablı qələbəsi ilə başa çatıb.

Milli komandamız iyulun 22-də İslamiadadakı rəqibi Mərakeş ilə yoxlama görüşündə üz-üzə gələcək.

Xəbər 223 dəfə oxundu.