Xüsusi olimpiyaçı futbolçularımız beynəlxalq “Gothia” kuboku turnirinin qalibləri olublar
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlar və qızlardan ibarət futbol yığma komandaları İsveç Krallığının Göteburq şəhərində keçirilən beynəlxalq “Gothia” kuboku turnirinin qalibləri olublar.

Qrup oyunlarında bütün rəqiblərini məğlub edən oğlanlardan ibarət yığma komandamız final mərhələsində İtaliya yığma komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək turnirin çempionu adını qazanıb.

Qrup oyunlarında oğlanlar kimi eyni uğuru təkrarlayan qızlardan ibarət yığma komandamız final mərhələsində Belçika yığma komandasını 1:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Xəbər 173 dəfə oxundu.