Qusarda fudokan üzrə açıq respublika turniri keçiriləcək
İyulun 22-də Qusar Olimpiya İdman Kompleksində şəhidlərin əziz xatirəsinə həsr edilmiş uşaq, yeniyetmə, gənclər arasında fudokan üzrə açıq respublika turniri start götürəcək.

Yarış Dünya Fudokan Federasiyasının Azərbaycan respublikasındakı rəsmi və səlahiyyətli nümayəndəliyi, Qusar Rayon Gənclər və İdman İdarəsi, Dövlət Turizm Agentliyi və Şahdağ Turizm Mərkəzinin birgə dəstəyi ilə keçirilir.

Yarışda Bakı, Sumqayıt, Gəncə, Qubadlı, Xaçmaz, Qusar və digər şəhər və rayonlarımızdan 200-ə yaxın idmançının iştirakı planlaşdırılır. Turnir iki gün davam edəcək.

Xəbər 218 dəfə oxundu.