Malta – Azərbaycan oyununun başlama saatı müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta yığma komandasına qarşı keçirəcəyi səfər oyununun başlama saatı məlum olub.

Malta - Azərbaycan oyunu sentyabrın 2-də Ta`Qali şəhərindəki Milli stadionunda saat 21:30-da başlayacaq.

Xəbər 187 dəfə oxundu.