Elmar Baxşıyev: Həm öz azarkeşlərimizi, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacağıq
Komanda meydanda əlindən gələni edəcək. Həm öz azarkeşlərimizi, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının oyuna tam köklənməsi sevindiricidir.

Bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Fehervar” komandasının qonağı olacaq “Qəbələ” klubunu baş məşqçisi Elmar Baxşıyev matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətdə zədəli futbolçu yoxdur.

“Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, iyulun 21-də “Mol Arena”da oynanılacaq “Fehervar” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 186 dəfə oxundu.