“Turan Tovuz” komandası “Zenit”in yetirməsini transfer edib
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Tovuz təmsilçisi Rusiya “Zenit”in yetirməsi Ayxan Hüseynovu transfer edib.

İyirmi üç yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiyada “Ural-2”, “Leninqradets” və “Nijni Novqorod” komandalarının da formasını geyinmiş forvard 2014-cü ildə Azərbaycanın U-16 yığmasına da dəvət alıb.

Xəbər 280 dəfə oxundu.