Anna Başta Misirdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında növbəti görüşünü keçirib
Anna Başta Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında növbəti görüşünü keçirib.

Milli komandamızın lideri qadın sablyaçıların şəxsi yarışında ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə kanadalı Medison Zurquda 15:8 hesabı ilə qalib gəlib.

Anna Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçiriləcək görüşdə İtaliya sablyaçısı Martina Kriskio ilə qarşılaşacaq.

Xəbər 393 dəfə oxundu.