Misirdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında final mərhələsinin görüşlərinə start verilib
İyulun 20-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında final mərhələsinin görüşlərinə start verilib.

Qadın sablyaçılar arasında dünya reytinqində 1-ci pillədə qərarlaşan milli komandamızın lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək ən güclü 32-liyə yüksəlib.

Anna Baştanın növbəti rəqibi kanadalı sablyaçı Madison Zurqud olacaq.

Təsnifat mərhələsindən 64-lüyə yüksələn Sevil Bünyatova və Səbinə Kərimova isə şəxsi mübarizədə çıxışını başa vurub.

Sevil Bünyatova əsas mərhələdə keçirdiyi ilk görüşdə İtaliya təmsilçisi Eloisa Passaroya 12:15 hesabı ilə uduzub. Səbinə Kərimova isə bu mərhələdə koreyalı Jiyeon Kimə eyni hesabla (12:15) məğlub olub.

Xəbər 407 dəfə oxundu.