Azərbaycanın U-17 komandası Özbəkistanın həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyulun 22-dən 31-dək Qəbələdə təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-17 iyulun 26-da və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Millimizin heyətində Həbib Hüşənov (“Qəbələ”), Səlim Həşimov (“Zirə”), Sadiq Məmmədzadə (“Səbail”), Nihad Əliyev (“Qarabağ”), Hüseyn Hüseynov (“Turan Tovuz”), Taleh Mahmudzadə (“Neftçi”), Ayxan Qaraçayev (“İUEGM”), Əhməd Tarverdiyev (“Sabah”), Allahverdi Rəhimov (“Qəbələ”), Emil Bünyatzadə (“Qarabağ”), Kənan Feyziyev (“Sumqayıt”), İlkin Cəfərli (“Sabah”) Dinamin Bağırov (“Turan Tovuz”), Teymur Mirzəyev (“Sabah”), İlkin Budaqov (“Qəbələ”), Məhəmməd Allahverdiyev (“İUEGM”), Elton Mikayılov (“Qarabağ”), Murad Məmmədov (“Neftçi”), Əşrəf Ələkbərli (“İUEGM”), Mehdi Həşumov (“Neftçi İK”), Namiq Məmmədzadə (“Sumqayıt”), Davud Mənsumov (“Qarabağ”), Sadiq Məmmədli (“İUEGM”), Enar Ağayev (“Neftçi”), Tamerlan Eyvazov (“İstanbulspor Türkiyə”), Niyazi Osmanov (“Sabah”) və Fərid Şahhüseyni (“Neftçi İK”) iştirak edəcəklər.

Xəbər 191 dəfə oxundu.