“Turan Tovuz” klubu Gürcüstanda 3 yoxlama oyununda gücünü sınayacaq
2022/2023-cü il mövsümünün hazırlığını davam etdirən “Turan Tovuz” futbol klubu təlim-məşq toplanışının növbəti mərhələsi üçün Gürcüstana yollanacaq.

Baş məşqçi Ayxan Abbasovun komandası bu gün Tbilisiyə yola düşəcək.

İyulun 30-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Xəbər 342 dəfə oxundu.