Bu gün Bakının “Sabah” klubu İsrailin “Hapoel Hadera” komandası ilə yoxlama oyunu keçirəcək
Yeni mövsümə Bolqarıstanda hazırlaşan Bakının “Sabah” futbol klubu bu gün ölkə xaricindəki ilk yoxlama görüşünü keçirəcək.

Baş məşqçi Murad Musayevin komandası İsrailin “Hapoel Hadera” klubu ilə qarşılaşacaq.

Sofiya şəhərində keçiriləcək matç Bakı vaxtilə 19:30-da başlayacaq.

Xatırladaq ki, “Sabah” Bakıdakı yoxlama oyunlarında “Sumqayıt”a 1:2 hesabı ilə uduzub, “Səbail”ə isə qalib gəlib - 3:1.

Xəbər 186 dəfə oxundu.