Azərbaycan UEFA-nın reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb | |
Azərbaycan UEFA-nın reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb. Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə İsveçrənin “Sürix” klubu üzərində qazandığı 3:2 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib. Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,500-ə, son 5 mövsümdə isə 13,125-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,000 xalla Polşa qərarlaşıb. Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” isə yarışa UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindən start verəcəklər. |
|
Xəbər 496 dəfə oxundu. |
|
|