Azərbaycan millisinin dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib
2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin 6-cı qrupunda Polşa və Yunanıstan yığmaları ilə mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib.

Millimiz oktyabrın 7-də Polşanı, gələn il martın 3-də isə Yunanıstanı qəbul edəcək. Oktyabrın 11-də seçməmiz Yunanıstan, martın 7-də isə Polşanın qonağı olacaq.

Qeyd edək ki, qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 komanda birbaşa elit-raunda vəsiqə qazanacaq. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. Elit-raundun püşkü isə 2023-cü il iyulun 5-də atılacaq.

Xəbər 281 dəfə oxundu.