Şpaqaçımız Barat Quliyev qılıncoynatma üzrə dünya çempionatında mübarizəni dayandırıb
Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatının növbəti günündə kişi şpaqaçılar fərdi kateqoriyada mübarizə aparıblar.

Esas mərhələyə yüksələn təmsilçimiz Barat Quliyev ilk görüşündə Lüksemburq təmsilçisi Flavio Cannotteyə 13:12 hesabı ilə qalib gəlib. Qılıncoynadanımız ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə macar Mate Tamasa 6:14 hesabı ilə uduzub və dünya çempionatında mübarizəni dayandırıb.

Xəbər 358 dəfə oxundu.