UEFA Çempionlar Liqası: “Qarabağ” və “Sürix” komandalarının start heyətləri açıqlanıb
Bakıda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək Ağdamın “Qarabağ” və İsveçrənin “Sürix” komandalarının start heyətləri açıqlanıb.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.

“Sürix”in heyətində isə meydana Yanik Brexer, Lindrit Kamberi, Adrian Gerrero, Fidan Aliti, Antonio Markesano, Mark Hornşux, Nikola Boraniyaşeviç, Blerim Cemayli, Vilfred Qnonto, Fabian Roner və Mirlind Kryeziu çıxacaqlar.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.

"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.

Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.

Xəbər 166 dəfə oxundu.