Prezidenti İlham Əliyev Ağsu şəhər stadionunun təməlqoyma mərasimində iştirak edib
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhər stadionunun təməlqoyma mərasimində iştirak etmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, min tamaşaçı yeri olan Ağsu şəhər stadionunun tikintisi üçün 4,3 hektar torpaq sahəsi ayrılmışdır. Obyektin smeta dəyəri 1 milyon 150 min manatdır. Stadionda futbol meydançası, tribuna, inzibati bina, kassa, kafe-çayxana, elektron tablo, anbar, qaraj, içməli su anbarı, transformator, üç giriş darvazası, voleybol və basketbol meydançalarının tikintisi nəzərdə tutulmuşdur.
Stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq oyunların keçirilməsinə hərtərəfli şərait yaradacaqdır.
Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökdü.
Dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi, inşaatçılara uğurlar arzuladı.

29.10.2009
AzərTAc

Xəbər 1159 dəfə oxundu.