“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub
“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.

Türk mütəxəssis Cemal Bülbül akademiyanın texniki direktoru vəzifəsinə təyin olunub. Otuz beş yaşlı mütəxəssislə ikiillik müqavilə bağlanıb.

Qeyd edək ki, “Karşıyaka” və “Vestel Manisa” klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış C.Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi, “Göztəpə” akademiyasının direktoru və bu klubun matç və performans təhlili və skautluq departamentində işləyib. 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Xəbər 164 dəfə oxundu.