Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Gəncədə regional seminar keçirilib
Azərbaycan Şahmat Federasiyasının (AŞF) Məşqçilər Komissiyasının təşkilatçılığı ilə Gəncədə regional seminar keçirilib.

Seminarda Gəncə, Şəmkir, Mingəçevir, Gədəbəy və Tovuzdan ümumilikdə 50 məşqçi-müəllim iştirak edib.

Tədbir çərçivəsində ibtidai hazırlıq və təlim-məşq qrupları ilə tədris aparan məşqçilərlə müasir metodiki yanaşmalar, təcrübə mübadiləsi, tədrisdə müasir şahmat proqramlarının və elektron vəsaitlərin rolu barədə söhbət aparılıb.

Seminar AŞF-in Məşqçilər Komissiyasının rəhbəri, Əməkdar məşqçi Anar Allahverdiyev və komissiyanın üzvü, “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev tərəfindən keçirilib.

Seminarlar növbəti aylarda başqa regionlarda davam etdiriləcək.

Xəbər 202 dəfə oxundu.