İsrailin “Makkabi” komandası Bakının “Zirə” klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
İsrailin “Makkabi” (Tel-Əviv) komandasının Bakının “Zirə” klubuna qarşı keçirəcəyi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Heyətdə qapıçılar - Daniel Perets, Daniel Tenenbaum, müdafiəçilər - Enrix Saborit (İspaniya), İdan Naşmias, Ofir Davidzada, Andre Geraldes (Portuqaliya), Maor Kandil, Şahar Piven, yarımmüdafiəçilər - Dan Qleyzer, Dan Biton, Eylon Almoq, Yoris van Overeem (Niderland), Qavriel Kaniçovski, Brendli Kuvas (Kürasao), Qiaqon Parfait (Kot d İvuar), Şeran Yeini, Avi Rikan, Eyal Qolasa, Tamir Qlezer, Nir Bitton, Matan Hozez, hücumçular - Eran Zahavi, Stip Perika (Xorvatiya), Osama Xalaila və Corce Yovanoviç yer alıblar.

Qeyd edək ki, “Zirə”nin “Makkabi”yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. “Dalğa Arena”dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Xəbər 167 dəfə oxundu.