“Sabah” klubu nigeriyalı futbolçu ilə müqavilə imzalayıb
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Emmanuel Apeh bundan sonra komandamızın uğurları üçün çalışacaq. İyirmi beş yaşlı hücumçu ilə ikiillik müqavilə bağlanıb.

Nigeriyalı futbolçu karyerası ərzində İspaniyanın “Lorka”, “Selta-2”, “Selta” (Viqo), “Tenerife” və “Alkorkon” klublarında oynayıb.

Manu “Sabah”da 90 nömrəli formada çıxış edəcək.

Xəbər 159 dəfə oxundu.