Los-Anceles Yay Olimpiya və Paralimpiya oyunlarının keçiriləcəyi tarixlər açıqlanıb
2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının keçiriləcəyi tarixlər açıqlanıb.

Olimpiadanın açılış mərasimi iyulun 14-də, bağlanış mərasimi isə iyulun 30-da baş tutacaq.

Tarixlər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın rəhbərlik etdiyi nümayəndə heyətinin “Los-Anceles-2028”in qərargahına səfəri zamanı təsdiqlənib.

Qeyd edək ki, Yay Paralimpiya Oyunları isə avqustun 15-dən 27-dək keçiriləcək.

Xəbər 207 dəfə oxundu.