UEFA Konfrans Liqası: “Fehervar” komandasının “Qəbələ” ilə oyunlar üçün iştirak ərizəsinə 21 futbolçunun adı daxil edilib
Macarıstanın “Fehervar” komandasının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Qəbələ” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.

Baş məşqçi Mixael Borisin hazırladığı siyahıya qapıçılar - Daniel Kovaç, Emil Rokkov, müdafiəçilər - Adrian Rus (Rumıniya), Attila Fiola, Loik Neqo, Artyom Şabanov (Ukrayna), Stopira (Kabo-Verde), Mixael Lüftner (Çexiya), Nikola Serafimov (Şimali Makedoniya), Marsel Heyster (Almaniya), Silvester Hanqya, yarımmüdafiəçilər - Peter Pokornı (Slovakiya), Yevgeni Makarenko (Ukrayna), Ruben Pintu (Portuqaliya), Pal Darda, Boqdan Lednev (Ukrayna), Klaudiu Bumba (Rumıniya), hücumçular - İvan Petriak (Ukrayna), Budu Zivzivadze (Gürcüstan), Kenan Kodro (Bosniya və Herseqovina) və Funşo Bamqboyenin (Nigeriya) adı daxil edilib.

Qeyd edək ki, “Qəbələ” “Fehervar”la ilk oyununu iyulun 21-də evdə, cavab matçını isə iyulun 28-də səfərdə keçirəcək.

Xəbər 176 dəfə oxundu.