Bakının “Sabah” klubu Bolqarıstanda İsrailin “Hapoel” (Hadera) komandası ilə yoxlama oyunu keçirəcək
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən Bakını “Sabah” futbol klubu hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Bakı təmsilçisi İsrailin yüksək liqa təmsilçisi “Hapoel” (Hadera) ilə qarşılaşacaq.

Görüş iyulun 20-də Bakı vaxtı ilə saat 19:30-da Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda baş tutacaq.

Xəbər 325 dəfə oxundu.