“Sabah” klubu Bolqarıstanda təlim-məşq toplanışına start verib
Yeni mövsümə hazırlığını davam etdirən “Sabah” təlim-məşq toplanışının ikinci hissəsi üçün Bolqarıstandadır.

Masazır təmsilçisi artıq Bansko şəhərinə çatıb. Zədəli olan Tiemoko Fofana və Kristian Da Silva Banskodakı hazırlığa qatılmayıblar.

“Sabah”ın Bolqarıstan toplanışı iyulun 31-dək davam edəcək. Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər hələ müəyyənləşməyib.

Xəbər 287 dəfə oxundu.