“Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub
Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” – “Sürix” duelinin qalibi ilk görüşünü avqustun 2-3-də öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.

Xəbər 283 dəfə oxundu.