Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Mərakeş və Belarus yığmaları ilə yoxlama oyunları keçirəcək
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir.

Hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək.

Baş məşqçi Pərviz Səmədovun komandası İslamiadadakı rəqibi Mərakeş ilə, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.

Hər iki komanda artıq Bakıdadır və bu gün Voleybol Mərkəzində ilk məşqlərinə çıxıblar.

Azərbaycan yığması iyulun 18-də və 21-də Belarusla, iyulun 19-da və 22-də Mərakeşlə üz-üzə gələcək. Qarşılaşmalar saat 17:00-da start götürəcək.

Xəbər 373 dəfə oxundu.