Azərbaycan atleti dünya çempionatında 11-ci olub
Azərbaycan atleti Anna Skidan ABŞ-ın Oreqon şəhərində keçirilən dünya çempionatında 11-ci olub.

Cəkicatma növündə çıxış edən idmançımız final mərhələsində 69,01 metrlik nəticə ilə mükafatçılar sırasında yer ala bilməyib.

Yarışın qalibi ABŞ təmsilçisi Bruke Andersen qızıl medal qazanıb. Kemrin Rocers (Kanada) yarışı ikinci, digər ABŞ atleti Ceni Kassanavoid üçüncü pillədə başa vurublar.

Xəbər 334 dəfə oxundu.