Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Sloveniyaya yollanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Sloveniyaya yollanıb.

Eldar Yusubovun baş məşqçi olduğu yığma məşqləri Mariborda davam etdirəcək.

Komanda V İslam Həmrəyliyi Oyunlarına və “Avro-2023”ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcək. Maribordakı toplanış iyulun 31-də yekunlaşacaq.

Hazırlıq zamanı millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan millisi “Avro-2023”ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə A qrupunda Özbəkistan, Türkiyə, İran və İndoneziya yığmaları ilə üz-üzə gələcək.

Xəbər 406 dəfə oxundu.