Millimizin sabiq üzvü Cavid İmamverdiyev “Kəpəz”dən ayrılıb
Futbol üzrə milli komandamızın sabiq üzvü Cavid İmamverdiyev “Kəpəz”dən ayrılıb.

32 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsini yeniləməyib.

O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Hər şey üçün təşəkkürlər" yazan futbolçu Gəncə təmsilçisi ilə vidalaşıb.

Qeyd edək ki, C.İmamverdiyev 2021-ci ilin yayından “Kəpəz”də çıxış edirdi. “Neftçi”nin yetirməsi olan İmamverdiyev “Sumqayıt”da da çıxış edib.

Xəbər 427 dəfə oxundu.