Kişilər arasında sambo üzrə ölkə kuboku yarışının qalibləri müəyyənləşib
Abşeron Olimpiya İdman Kompleksində kişilər arasında keçirilən sambo üzrə ölkə kuboku yarışının qalibləri müəyyənləşib.

SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunan yarışın yekun nəticələrinə görə, Eyvaz Baxşiyev (58 kq), Elvin Bağırov (64 kq), Emil Həsənov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq), Toğrul Salmanov (+98 kq) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutublar.

Yarışda ölkəmizin şəhər və rayonlarından 30-a yaxın komandanın heyətində 200-ə yaxın idmançı iştirak edib.

Xəbər 234 dəfə oxundu.