Azərbaycan aykidoçuları dünya yığmasının heyətinə daxil olublar
Azərbaycan aykidoçuları ABŞ-ın Birmingem şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış ediblər.

100 ölkədən 3 min 600-dən çox atletin qatıldığı yarışda ölkəmizi Fəxri Qafarlı və Çingiz Məmmədov (hər ikisi 3-cü dan qara kəmər sahibi) təmsil ediblər. Dünya Oyunlarına aykidoçularımız AAAKİB-nin də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar.

Yarışda təmsilçilərimiz 32 idmançıdan ibarət olan aykido üzrə dünya yığmasının heyətinə daxil olmağı bacarıblar.


Xəbər 355 dəfə oxundu.