Zaqreb Qran-Pri turnirinin son günündə 3 cüdoçumuz mübarizəyə qoşulur
Bu gün cüdo üzrə Zaqreb Qran-Pri turnirinin sonuncu gününün yarışları keçirilir.

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən turnirin üçüncü günündə daha 3 idmançımız mübarizəyə qoşulur. Belə ki, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) isə gümüş medal qazanıblar.

Xəbər 343 dəfə oxundu.