Olimpiya Oyunları tarixinin ən titullu atleti karyerasını başa vurub
Qısa məsafəyə qaçış üzrə yeddiqat Olimpiya çempionu olan ABŞ idmançısı Ellison Feliks karyerasını başa vurub.

Atlet ABŞ-ın Yucin şəhərində keçirilən dünya çempionatının qarışıq estafet yarışında bürünc medal qazanıb. Bu, atletin dünya çempionatlarında qazandığı 19-cu medal olub.

Otuz altı yaşlı atlet, həmçinin 13 qat dünya çempionu olmaqla yanaşı, Olimpiya Oyunları tarixinin ən titullu idmançısıdır.

Xəbər 223 dəfə oxundu.