Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb.

iyulun 9-dan paytaxt Minskdə hazırlıq keçən baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.

Milli səfərdə yerli yığma ilə üç yoxlama matçı keçirib. Belarus millisi ilə keçirilən hər üç görüşdə rəqib qələbə qazanıb.

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığmamız təlim-məşq toplanışının sonuncu mərhələsini Bakıda davam etdirəcək.

Komanda ilk rəsmi matçını avqustun 3-də Bakıda “Avro-2023”ün təsnifat mərhələsi çərçivəsində Danimarka millisinə qarşı keçirəcək.

Xəbər 409 dəfə oxundu.