Çimərlik voleybolu üzrə paytaxt turnirinin qalibi müəyyənləşib
Azərbaycan Voleybol Federasiyası (AVF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə paytaxt turniri keçirilib.

Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 18 yaşadək gənc qızlar birincilik uğrunda mübarizə aparıblar. Dairəvi sistem üzrə keçirilən yarışda 12 cütlük iştirak edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Xanım Cəlalova və Fəridə İbrahimova cütlüyü qalib adını qazanıblar. Turnirin gümüş mükafatına İradə Həsənzadə və Ariadna Neçay, bürünc medallarına isə Ada Su Karip və Ayla Qasımova cütlüyü sahib olublar.

Xəbər 224 dəfə oxundu.