“Rapid” – “Lexiya” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

O, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Lexiya” (Polşa) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Matç iyulun 21-də Avstriyada keçiriləcək.

Xəbər 295 dəfə oxundu.