Azərbaycan cüdoçusu Qran-Pri turnirinin qızıl medalını qazanıb
Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turniri davam edir.

Turnirin birinci günündə cüdoçularımızdan Yaşar Nəcəfov uğurla çıxış edib. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda rəqibi İtaliya təmsilçisi Matteo Pirası məğlub edərək Qran-Pri turnirinin qızıl medalını qazanıb.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 69 ölkədən 500-dən çox idmançı mübarizə aparır. Azərbaycanı turnirdə 14 cüdoçu təmsil edir.

Xəbər 222 dəfə oxundu.